Facebook
VK
Twitter

Suallar ve Cavablar

Sual və Cavablar Bölməmizə Xoş Gəlmisiniz. Ümid edirik ki, bu bölmə sizin suallarınız üçün yararlı olacaq. Hər hansı məlumata ehtiyacınız olsa, çəkinməyin:

 ask a question 

 

Müsabiqənin məqsədi nədir?

NGOmap müsabiqəsinin əsas ideyası, gördüyünüz yerli problemlər və onların həlli yolları haqqında məlumatı onlayn əlavə etmək şansını əldə etməkdir. İdeyanızı reallaşdırmaq üçün təcrübəniz, pulunuz, və ya komandanız yoxdu? Narahat olmayın, planlarınızı daxil edin və biz birlikdə həll yolunu tapacağıq.

NGOmap Müsabiqəsi nə qədər davam edəcək?

İdeyanı Avqustun 20-dən Sentyabrın 16-sına qədər sayta əlavə et. Sentyabrın 17-30-u arası hər ölkədə ən yaxşı təşəbbüsə səsvermək üçün vaxtdır. Müsabiqə Oktyabrın 1-i nəticələri elan edəcək.

Təşəbbüsləri kim əlavə edə bilər?

Başlıcası, hər bir kəs: QHT, yerli hökümət təşkilatı, qeyri-formal qruplar, və fərdi şəxslər.

İdeyalarınızı hansı dildə əlavə etməlisiniz?

Bu sənə bağlıdır. Əgər düşünürsənsə ki, təşəbbüs ideyanı yalnız Azərbaycan dilində əlavə etmək kifayətdir, bu normaldır. Lakin digər dildə sənə səs verə biləcək insanlar haqqında da düşün. Təşəbbüsün rus və ya ingilis dilinə tərcümə olunması sənin qalib olma şanslarını daha da artıracaq!!

“Yerli Təşəbbüs” – Bu nədir?

Bizim açıqlamamız çoox genişdir. Bizə görə, yerli və regional mühitlə bağlı hər bir fəaliyyət, “yerli təşəbbüs” ola bilər: təhsil, idman, xeyriyyəçilik, könüllülük, mədəniyyət, incəsənət, turizm, idarəetmə, ekologiya, insanlararası əlaqə. Yaşadığın şəhərdə musiqi festival təşkil etmək istəyirsən, bu “yerli təşəbbüs”ün bir nümunəsidir! Məktəbində Microsoft-dan olan ekspertlərdən kompüter dərsləri almaq istəyirsən, bud a “yerli təşəbbüs”dür! Qonşularınla birgə ikinci dəfə emalla məşğul olmaq fikrindəsən? Velosiped yolu tikmək? Gənc Musiqi Qrupları üçün Regional Mədəni Mərkəzə başlamaq istəyirsən? Bəlkə konki sürmək üçün park salmaq istəyərsən? Bütün bunlar sənin ideyaların haqqındadı və sən onları reallaşdıra bilərsən. Həvəslənmək üçün daha çox nümunəyə ehtiyacın var? Bizim Heyyət üzvlərinin hekayələrinə bax.

Necə səs verək?

Hər bir internet istifadəçisi xoşuna gəldiyi təşəbbüsə səs verə bilər. Biz Facebook-un “xoşladım” düyməsi vasitəsilə səs veririk. Facebook hesabın yoxdursa, narahat olma. VKontakte-dəki hesabınla da səs verə bilərsən. Hər ölkənin öz təşəbbüslər paneli var və ən çox səs toplayan təşəbbüs qalib olacaq (Facebook və VKontakte-dən toplanan ümumi səslər hesabına)

Təşəbbüsü necə təbliğ etməli?

Sənin ən gözəl ideyan olsa belə, bu sənə müsabiqədə qalib olmağa kifayət deyil. Bu bir çox insanların və təşkilatların iştirak edəcəyi güclü müsabiqə olacaq. Ona görə də öz təşəbbüsünün düzgün təsviri barədə düşünməlisən: qısa olaraq, problemin nə olduğunu izah et və onu necə həll edəcəyini söylə. Şəkil əlavə et və video təbliğat apar. Sosial şəbəkələrdən istifadə etməklə, təbliğata başla. Dostlarından qalib olmaq üçün yardım istə.

NGOmap Müsabiqəsinin qalibi kim olacaq?

Hər Şərq Tərəfdaşlığı ölkəsində yalnız bir qalib olacaq.

Şərq Tərəfdaşlığı nədir?

Şərq Tərəfdaşlığı (ŞT)Avropa İttifaqı və 6 ölkə - Azərbaycan,Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna-arasında açıq əməkdaşlıqdır. Bu proqramın müəllifləri Polşa və İsveçdir. ŞT-ının qurulmasında olan əsas niyyət, daha sıx əlaqə qurmağa və Şərqi Avropa ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. ŞT-ın əsas məqsədi siyasi assosiasiya qurmaq, azad ticarət zonası yaratmaq və inkişaf etdirmək və viza rejimini aradan qaldırmaqdır.
Mənbə:Eastbook.eu

Qalib üçün pul mükafatı olacaq?

Biz inanırıq ki, təşəbbüsün həyata keçirilməsi yönündə istiqamət vermək daha vacib məsələdi. Ona görə də bizim qaliblər üçün pulumuz yoxdur. Bizim qaliblər üçün hədiyyəmiz, Müsabiqə Heyyətinin ekspertləri ilə görüş, Polşaya təcrübə səfərinin bir hissəsi olmaq və təşəbbüsün müəlliflərin özləri tərəfindən həyata keçirilməsini öyrənməkdir.

Nə qazana bilərsiniz?

Əsas mükafat 17-19 Oktyabr tarixində Polşaya təcrübə səfəridir. Layihəni həyata keçirmək üçün Müsabiqə Heyyətinin üzvləri ilə, həmçinin Polşanın Regional İnkişaf Nazirliyi və QHT nümayəndələri ilə görüşəcəksiniz. Beynəlxalq PR agentliklərindən olan professionallar tərəfindən aparılan PR və Marketinqlə bağlı mühazirələrdə iştirak edəcəksiniz.

xəbər

Necə dəyişiklik edək?

 

YAN
PIEKLO


POLŞA-UKRAYNA ƏMƏKDAŞLIĞI FONDUNUN DIREKTORU, POLŞA

Avro-Avtobus 4: “Ukrayna İcmasına Avropalı Gənclər” layihəsi Ukraynada Avropa günləri ilə bağlı illik layihəyə çevrilib. Layihə özündə iki mühüm problemin həllini birləşdirib: Ukraynalıların Avropa İttifaqı (Aİ) vətəndaşları və sonuncuların Ukraynalılarla bağlı stereotipik düşüncəsi, Ukrayna region gənclərinin passivliyi və onların vətəndaş fəaliyyəti ilə bağlı motivasiyasının aşağı olması. Ardını oxu...

 

IRINA
VIDANAVA


BELARUSLU FƏAL GƏNC, CITYDOG.BY PORTALININ ICRAÇI DIREKTORU

elarusların 67%-i heç vaxt Aİ ölkəsində olmamış, 51 %-i isə xarici vətəndaşla görüşməmişlər. Aydındır ki, Belarus höküməti ölkəni xaricilər üçün açmaqda maraqlı deyil, bəs Aİ və onun millətlərarası kontakt siyasəti necə??? Buna görə də 2011-ci ilin yazında Belarus Watch adlı əsası Vilnüsdə qoyulmuş təşkilatın təşəbbüsü ilə “VISA FREE” (Vizadan azad) koalisiyası yaradıldı. Bu gün Koalisiya özündə 10 Belarus və 11 Aİ təşkilatını birləşdirir. Ardını oxu...

 

 

Eduard
Mihalas


MOLDOVA MILLI GƏNCLƏR ŞURASININ (MMGŞ) DIREKTORU

2011-ci ildə Moldovanın Milli Gənclər Şurası, gənclər üçün ayrılmış ictimai yerli büdcənin monitorinqi və qiymətləndirilməsi prosesində gəncləri və gənclər təşkilatlarını dəstəkləmək üçün bir layihəyə başladı. Bu layihənin nəticəsi olaraq, Moldovada ilk dəfə gənclərin yerli büdcələrinin monitorinqi ilə bağlı hesabat. Ardını oxu...