Facebook
VK
Twitter

Əlaqə

Layihə barədə hər hansı suala və ya köməyə ehtiyacın olsa, bizə müraciət etməkdən çəkinmə.

Lukaş Qrayevski

Layihə meneceri

Mən Varşava Universitetinin Şərqi Avropa İxtisası üzrə məzunuyam. Universiteti bitirdikdən sonra müxtəlif polyak təşkilatları ilə əməkdaşlıq etməyə başladım: Azad Belarus Təşəbbüsü, Polşanın Robert Şuman Fondu, və nəhayət, həmtəsisçisi olduğum, Ümumi Avropa Fondu. Hazırda Şərq Tərəfdaşlığı - Eastbook.eu portalında redaktor vəzifəsində çalışıram. İşimlə birgə, Belarus, Ukrayna, Moldova və Qafqaz ölkələri ilə mədəni və gənclərlə bağlı layihələr vasitəsilə əməkdaşlıq edirəm.

Contact Lukasz!

Marqarita Harutyunyan

Yerli Koordinator, Armenia

Mən 1989-cu ildə Ermənistanda doğulmuşam. Hazırda Varşavada oxuyur və yaşayıram. Bir sıra Assosiasiyaların və qeyri-formal qrupların üzvü olmuşam. 2009-cu ildən etibarən isə Polşada Gənclərin Fəallığı Tərəfdaş Proqramını təmsil edirəm.

Contact Margarita!

Könül Cəfərova

Yerli Koordinator, Azerbaijan

Mən, Sumqayıtda əsası qoyulmuş “Sağlam Düşüncə” Gənclər Təşkilatının Beynəlxalq Əlaqələr və EVS üzrə Koordinatoruyam. Azərbaycan Dillər Universitetinin məzunuyam və 2008-ci ildən bəri bir çox yerli və beynəlxalq sosial tədbirlərdə fəal iştirak etmişəm. İctimaiyyətlə əlaqələr, beynəlxalq təlim və mübadilələr, natiqliklə maraqlanıram.

Contact Konul!

Veranika Laputska

Yerli Koordinator, Belarus

Polşa Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Tədqiqatlar Məktəbinin Fəlsəfə Elmlər Doktoruyam. Avropa Humanitar Universitetinin Avropa üzrə təhsil fakültəsində magistr dərəcəsi almışam. Həmçinin Belarus Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə təhsil almışam. Elmi maraqlarım bunlardı: beynəlxalq münasibətlər, QHTlər, millilik və millilik quruculuğu, təbliğat. Hobbilərim: xarici dillər, səyahət, yoqa və flamenqo.

Contact Veranika!

Kjışek Lukyanoviç

Yerli Koordinator, Georgia

Mən Varşava Universitetində Tarix Fakültəsini bitirmişəm. Hazırda Cavakaşvili Tiflis Universiteitinin Fəlsəfə Elmləri üzrə Doktoruyam. Qafqazda Təhlükəsizlik və konfliktlərin aradan qaldırılması üzrə ekspertəm. Həmçinin Tiflisdə Şərqi Avropa Mərkəzinin “Stansiya Qafqaz” bölməsində katib işləyirəm.

Contact Krzysztof!

Aleksandru Musteata

Yerli Koordinator, Moldova

Moldovanın Milli Gənclər Şurasının Baş Katibiyəm. Elmlər Akademiyası Universitetində Milli Təhlükəsizlik istiqamətində magistratura üzrə təhsil alıram. Perspectiva Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişəm. Təhlükəsizlik, Moldovanın daxili siyasəti, xarici siyasət üzrə gənc tədqiqatçıyam. Bloqum: www.alexmusteata.din.md

Contact Alexandru!

Vadim Pilipenko

Yerli Koordinator, Ukraine

1963-cü ildə anadan olmuşam, 2006-cı ildən bəri "MAIRR" Regional İnkişaf İnstitutlarının Beynəlxalq Assosiyasının direktoruyam. Mühəndisəm, menecerəm, regionda strateji idarəetmə üzrə ekspertəm.

Contact Vadym!

xəbər

Necə dəyişiklik edək?

 

YAN
PIEKLO


POLŞA-UKRAYNA ƏMƏKDAŞLIĞI FONDUNUN DIREKTORU, POLŞA

Avro-Avtobus 4: “Ukrayna İcmasına Avropalı Gənclər” layihəsi Ukraynada Avropa günləri ilə bağlı illik layihəyə çevrilib. Layihə özündə iki mühüm problemin həllini birləşdirib: Ukraynalıların Avropa İttifaqı (Aİ) vətəndaşları və sonuncuların Ukraynalılarla bağlı stereotipik düşüncəsi, Ukrayna region gənclərinin passivliyi və onların vətəndaş fəaliyyəti ilə bağlı motivasiyasının aşağı olması. Ardını oxu...

 

IRINA
VIDANAVA


BELARUSLU FƏAL GƏNC, CITYDOG.BY PORTALININ ICRAÇI DIREKTORU

elarusların 67%-i heç vaxt Aİ ölkəsində olmamış, 51 %-i isə xarici vətəndaşla görüşməmişlər. Aydındır ki, Belarus höküməti ölkəni xaricilər üçün açmaqda maraqlı deyil, bəs Aİ və onun millətlərarası kontakt siyasəti necə??? Buna görə də 2011-ci ilin yazında Belarus Watch adlı əsası Vilnüsdə qoyulmuş təşkilatın təşəbbüsü ilə “VISA FREE” (Vizadan azad) koalisiyası yaradıldı. Bu gün Koalisiya özündə 10 Belarus və 11 Aİ təşkilatını birləşdirir. Ardını oxu...

 

 

Eduard
Mihalas


MOLDOVA MILLI GƏNCLƏR ŞURASININ (MMGŞ) DIREKTORU

2011-ci ildə Moldovanın Milli Gənclər Şurası, gənclər üçün ayrılmış ictimai yerli büdcənin monitorinqi və qiymətləndirilməsi prosesində gəncləri və gənclər təşkilatlarını dəstəkləmək üçün bir layihəyə başladı. Bu layihənin nəticəsi olaraq, Moldovada ilk dəfə gənclərin yerli büdcələrinin monitorinqi ilə bağlı hesabat. Ardını oxu...