Facebook
VK
Twitter

Müsabiqə haqqında

NGOmap müsabiqəsinin əsas ideyası, gördüyünüz yerli problemlər və onların həlli yolları haqqında məlumatı onlayn əlavə etmək şansını əldə etməkdir. İdeyanızı reallaşdırmaq üçün təcrübəniz, pulunuz, və ya komandanız yoxdu? Narahat olmayın, planlarınızı daxil edin və biz birlikdə həll yolunu tapacağıq.

Təşkilatçılar haqqında:

Ümumi Avropa Fondu

Ümumi Avropa Fondu, Varşava Universitetinin Şərqi Avropa Tədqiqatları Mərkəzinin məzunları tərəfindən 2010-cu ilin dekabrında yaradılmışdır. Bizim məqsədimiz Şərqi Avropa ilə Avropa İttifaqı cəmiyyətlərini daha da yaxınlaşdırmaq üzərində işləməkdir. Bizim ambisiyamız gələcəkdə bütün regionda beynəlxalq debatın təşəbbüskarı olmaqdır. Bizim fondun əsas layihəsi Eastbook.eu - Şərq Əməkdaşlığı ilə bağlı portaldır.

Çexiya Respublikasının Xarici İşlər Nazirliyi

İnsan Hüquqları və Keçid Təşviq Siyasəti Şöbəsi

Polşa Respublikasının Xarici İşlər Nazirliyi

İctimai və Mədəni Diplomatiya Şöbəsi

xəbər

Necə dəyişiklik edək?

 

YAN
PIEKLO


POLŞA-UKRAYNA ƏMƏKDAŞLIĞI FONDUNUN DIREKTORU, POLŞA

Avro-Avtobus 4: “Ukrayna İcmasına Avropalı Gənclər” layihəsi Ukraynada Avropa günləri ilə bağlı illik layihəyə çevrilib. Layihə özündə iki mühüm problemin həllini birləşdirib: Ukraynalıların Avropa İttifaqı (Aİ) vətəndaşları və sonuncuların Ukraynalılarla bağlı stereotipik düşüncəsi, Ukrayna region gənclərinin passivliyi və onların vətəndaş fəaliyyəti ilə bağlı motivasiyasının aşağı olması. Ardını oxu...

 

IRINA
VIDANAVA


BELARUSLU FƏAL GƏNC, CITYDOG.BY PORTALININ ICRAÇI DIREKTORU

elarusların 67%-i heç vaxt Aİ ölkəsində olmamış, 51 %-i isə xarici vətəndaşla görüşməmişlər. Aydındır ki, Belarus höküməti ölkəni xaricilər üçün açmaqda maraqlı deyil, bəs Aİ və onun millətlərarası kontakt siyasəti necə??? Buna görə də 2011-ci ilin yazında Belarus Watch adlı əsası Vilnüsdə qoyulmuş təşkilatın təşəbbüsü ilə “VISA FREE” (Vizadan azad) koalisiyası yaradıldı. Bu gün Koalisiya özündə 10 Belarus və 11 Aİ təşkilatını birləşdirir. Ardını oxu...

 

 

Eduard
Mihalas


MOLDOVA MILLI GƏNCLƏR ŞURASININ (MMGŞ) DIREKTORU

2011-ci ildə Moldovanın Milli Gənclər Şurası, gənclər üçün ayrılmış ictimai yerli büdcənin monitorinqi və qiymətləndirilməsi prosesində gəncləri və gənclər təşkilatlarını dəstəkləmək üçün bir layihəyə başladı. Bu layihənin nəticəsi olaraq, Moldovada ilk dəfə gənclərin yerli büdcələrinin monitorinqi ilə bağlı hesabat. Ardını oxu...